Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının Bəhrəmtəpə-Ağcabədi avtomobil yolunun 14-cü kilometrliyində keçirdikləri əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Aydın Hümbətov və Anar Mahmudov saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onlardan İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən 1 ədəd sellofan bağlamada, xalis çəkisi 935,0 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Naibə QURBANOVA