1 Oktyabr 2015 17:15
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mağazada satıcıya qarşı soyğunçuluq edən şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sübhan Quliyev tutulub.

Sübhan Quliyev sentyabrın 29-da Aytən Əhmədlinin işlədiyi mağazada soyğunçuluq yolu ilə ondan qızıl əşyalar alıb.

Hacı Zeynalov


Müəllif: