2 Oktyabr 2015 21:36
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini Xalidə Xələfovaya zor tətbiq edərək qızıl boyunbağısını alaraq qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi və Çevik Polis Alayı əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş paytaxt sakini Nicat Qaragözəlov tutulub.

Hacı Zeynalov


Müəllif: