Bakıda bir gündə iki azyaşlı itkin düşüb.
Teleqraf.com xəbər verir ki, hər iki azyaşlı Suraxanı rayonunun ərazisində yoxa çıxıb.
Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz evdə yaşayan 2003-cü il təvəllüdlü İlkin Rauf oğlu Axundov itkin düşüb. Bundan başqa, həmin qəsəbədə yaşayan 2003-cü il təvəllüdlü Zaur Rəhim oğlu Əliyev də itkin düşüb.
Hər iki azyaşlının tapılaraq ailəsinə qaytarılması üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsində tədbirlər görülür.
Hacı Zeynalov