Yardımlı rayonunda bir ailənin 4 üzvü zəhərlənib. Teleqraf.com xəbər verir ki, hadisə Kürəkçi kəndində qeydə alınıb.
Ziya Əliyev, həyat yoldaşı Məhsəti, qızı Şəbnəm və oğlu Ruzi meşədə armud yeyəndən sonra zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənənlərə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov