Bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində Rusiya Fedarsiyasında qətl törətməkdə təqsirli bilinən Ixtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hadisə 2002-ci ildə Rusiya Fedarasiyasının paytaxtı Moskvada baş verib. İxtiyar Rüstəmov münaqişə zəmində qətl törədib və hadisə yerindən qaçaraq Azərbaycana gəlib.
İxtiyar İmanov 2012-ci ildə Rusiyada qəsdən adam öldürmə maddəsi ilə axtarışda olub. O, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Müəyyən edilib ki, o, Moskva şəhərinin Şimal-Şərq İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunub.
Hakim Mayl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında təqsirləndirilən şəxsin Rusiyada törətdiyi cəzanın maksimum 15 il olduğu, 2004-cü ilədək isə Azərbaycanda maksimum həmin cəzanın isə 12 il olduğunu deyib. O, İxtiyar Rüstəmovun 12 il müddətinə azadlıqdan məhrum olmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Zərərçəkmiş şəxsin vəkili çıxış edərək bildirib ki, prokurorun istədiyi cəza maksimum olduğu üçün bununla razıblar. Məhkəmədə müdafiə tərəfinin vəkili çıxış etmək üçün vaxt istədiyinə görə, məhkəmə prosesi oktyabrın 14-ə təyin edilib.
Hacı Zeynalov