12 Oktyabr 2015 16:47
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində avtomobil oğurluğu edən şəxslər həbs edilib. Teleqraf.com xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də Aqşin Qədirova məxsus “VAZ-2121” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Rüfət Tahirli, Talıb Hüseynəliyev və Şirvan şəhər sakini Elvin Bədəlov tutulublar.

Bundan başqa, Şirvan Şəhər Polis Şöbəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə “VAZ-2121” markalı avtomobil üzərində başqa avtomobilə aid olan dövlət qeydiyyat nişanları bağlanaraq Astara şəhərində rayon sakini Vüqar Cövziyev tərəfindən idarə edilərkən saxlanılıb.

Sumqayıt şəhərində də avtomobil oğurluğu olub. Sumqayıt şəhərindən Xaçmaz rayon sakini Pərviz Şamilova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış şəhər sakini Vüqar Mirzəyev tutulub.

Hacı Zeynalov


Müəllif: