13 Oktyabr 2015 01:54
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda yol nəqliyyat hadisəsi zamanı at avtomobilin içinə girib, iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Rayonun Cəyirli kənd sakini 1994-cü il təvəllüdlü Adıgözəlov Aqil Şamil oğlu idarə etdiyi 10-SB-804 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı atı vurub. Zərbənin təsiri nəticəsində at avtomobilin içinə girib.

Hadisə zamanı at ölüb, sürücü Aqil Adıgözəlov və sərnişini 1993-cü il təvəllüdlü Saabov Ağarza Şirbala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə hadisəyə səbəb gecənin qaranlıq vaxtı atın magistral yola nəzarətsiz buraxılması və sürücünün onu görməməsi səbəb olub. Hazırda atın sahibi axtarılır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: