14 Oktyabr 2015 12:33
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Akademik Dram Teatırının aktyoru, 1948-ci il təvəllüdlü Əli Qayıb oğlu Nuruzadə yıxılaraq xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisədən sonra o, Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzin həkimi, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədov ona tibbi yardım göstərib.

Həkimin yanlış müalicə aparması nəticəsində Əli Nuruzadə əmək qabiliyyətini 10 faiz itirib. Buna görə də Əli Nuruzadə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı Cinayət Məcəlləsininm 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər