15 Oktyabr 2015 15:42
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Leylu Yunusun vəkili Elçin Sadıqovun məhkəməyə göndərdiyi vəsatəti elan edilib.

Vəkil vəsatətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas protokolları ilə tanış olmayıb. O, məhkəmədən protokollarla tanış olması üçün şərait yaradılmasını istəyib.

Buna görə də məhkəmə iclası oktyabrın 20-dək təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə Leyla Yunus apelyasiya şikayəti ilə tanış olması üçün hakimlərdən əlavə vaxt istəmişdi. Buna görə də həmin vaxtda proses baş tutmamışdı.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər