28 Oktyabr 2015 12:15
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 13-də Binə qəsəbəsində Qalib Rəhimova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tofiq İmanov tutulub.

Qeyd edək ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Qalib Rəhimov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər