28 Oktyabr 2015 12:51
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Novruzov Qardaşları küçəsində yaşayan Zenfira Kərimovanın evindən qızıl-zinət əşyaları oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Xalidə Həsənova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: