Bakı Apelyasiya Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Nazim Mirzəəlizadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Xəzər rayonu, “Atçılıq” yaşayış sahəsində Elşən Orucov və Samir Orucov qardaşları bıçaqlanıb. Qardaşlar ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Elşən Orucovun aldığı xəsarət ağır olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Digər qardaş Samir Orucova tibbi yardım göstərilib.
Araşdırmalar zamanı qardaşların Nazim Mirzəəlizadə tərəfindən bıçaqlandığı məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı Nazim Mirzəlizadə saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Mirzəəlizadə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Mirzəlizadə apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluqda Nazim Mirzəəlizadənin cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.
Hacı Zeynalov