25 Noyabr 2015 11:19
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Əfrasiyab Əlimov şübhəli şəxs qismində saxlanılıb. Şübhəli şəxsin üzərindən 0,340 qram heroin aşkar olunaraq götürülüb.

Əfrasiyab Əlimov noyabrın 14-də M.Fətəli küçəsində Nəsibə Məlikovanın evindən, açıq qapıdan keçməklə 240 manat, Vidadi küçəsində Edilya Zöhrabovanın, Müjgan Atakişiyevanın, noyabrın 18-də H.Aslanov küçəsində Elşən Seyfullayevin evindən mobil telefonlarını oğurlamaqda şübhəli bilinib.

Ətrafında keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 24-nə keçən gecə, Azərbaycan prospektində Rasim Qayınbəyova məxsus “Kia-Optima” markalı avtomobildən, şüşəsi sındırılmaqla içərisində bank kartları olan pul kisəsini, S.Tağızadə küçəsində Südabə Sədiyevanın mənzilindən içərisində 50 manat, qızıl-zinət əşyaları, bank kartları və sənədlər olan əl çantasını gizli yolla talayıb.

Hacı Zeynalov


Müəllif: