7 Dekabr 2015 16:47
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Laçın rayon sakini Sarı Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Raisa Yeqovsevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş Raisa Yeqovseva orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: