12 Dekabr 2015 14:25
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib.


Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “AK-74” markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.

Araşdırmalar aparılır.


Müəllif:

Oxşar xəbərlər