Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində baş verib.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Familə Baba qızı Əliyeva şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı əri, 1963-cü il təvəllüdlü Elxan İgid oğlu Həsənovu bıçaqlayıb.
Elxan Həsənov bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Familə Əliyeva hadisəni törədərkən sərxoş olub.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov