29 Dekabr 2015 13:23
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi törədən dəstənin daha bir üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Əli Abbasovun 2110 manatını quldurluq yolu ilə almış qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əsgərov tutulub.

Qeyd edək ki, bundan əvvəl polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əli Abbasovun 2110 manatı quldurluq yolu ilə almış Bakı şəhər sakini Zaur Qarayev tutulub.

Hacı Zeynalov


Müəllif: