29 Dekabr 2015 22:15
410

Bakının Xətai rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, dekabrın 28-də Samirə Səmədovanın evindən 700 manat oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rəsul Həsənov tutulub. Cinayətin başqa bir iştirakçısı isə müəyyən edilib. Onun həbs edilməsi üçün tədbir görülür.

Hacı Zeynalov


Müəllif: