12 Yanvar 2016 14:55
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Asif Mürsəlovun əl yükünə nəzarət aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı məhlul formasında, ümumi təmiz çəkisi 0,108 qram təşkil edən “Metadone” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlyas Şahbazovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 68,450 qram olan narkotik vasitə - tiryək aşkar edilib.Hər iki faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: