2 Fevral 2016 09:09
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin hamamında, şaxtanın içərisində 0.5 p.m plastik boru və 1 kv.m sahədə məişət tullantıları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:26-a yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 1 otaqlı evin 80 kv.m dam örtüyü və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: