Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Buzovna qəsəbəsi sakini, 1985-ci il təvəllüdlü Mahir Binnət oğlu Yusifov xuliqanlıq zəminində qəsəbə sakini, 1961-ci il təvəllüdlü Şahsuvar Həbib oğlu Quliyevi döyüb.
Şahsuvar Quliyev döyülməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə şikayət edib. Şahsuvar Quliyevlə bağlı da polis bölməsinə şikayət edilib.
Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ramil Cabir oğlu Teymurov bölməyə ərizə ilə müraciət edərək bildirib ki, Şahsuvar Quliyev onu döyərək, xəsarət yetirib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov