10 İyun 2014 12:48
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ağır cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, hadisə iyunun 9-da Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qeydə alınıb. Naməlum şəxs münaqişə zəminində Nardaran qəsəbəsində yaşayan Yevlax şəhər sakinləri Elgün Cəfərzadəyə bud, Elxan Cəfərova qarın nahiyəsindən bıçaqla xəsarət yetirib, onun oğlu Alxanı isə döyüb.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsfəndiyar Xudaverdiyev tərəfindən törədilməsi müəyyən edilib.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: