Xızı rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Giləzi qəsəbəsində yaşayan Elmir Qulamovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı ərazidə tapılıb.
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Babək Əzimov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi mətbəx bıçağı götürülüb.
Hacı Zeynalov