8 Fevral 2016 15:47
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mağazadan oğurluğu cəhd edilib.

Teleqraf.com xəbər verir ki, Göradil qəsəbəsində yaşayan Bakı şəhər sakini Elmira Ağayevaya məxsus bağ evindən DIN-in Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş Abşeron Rayon Mühafizə İdarəsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən orada oğurluğa cəhd göstərmiş Masallı rayon sakini Qubad İbadov və paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov saxlanılıb.

Onlar Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə təhvil verilib.

Mirhəşim Seyidovun üzrərinə baxış zamanı ondan əlcək, 1 ədəd bıçaq və 0,166 qram heroin aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər