8 Fevral 2016 17:29
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nardaran qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev “CSB” markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib.

Araz Hümbətov xəstəxanaya yerləşdirilib. O, aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: