15 Fevral 2016 16:33
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi törədən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Aslanovaya, A.Kərimova və P.Eynəliyevaya məxsus avtomobillərdən pul, mobil telefon və sənəd oğurlamış Bakı şəhər sakini Əli Allahverdiyev tutulub.

Bundan başqa, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Əli Allahverdiyev saxlanılıb.

O, fevralın 8-də “Binə” ticarət mərkəzinin yaxınlığında Təranə Aslanovaya məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaqla içərisində 100 manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və sənədlər olan əl çantasını, fevralın 12-də Arif Kərimova məxsus “Mercedes” markalı avtomobildən 80 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon və fevralın 13-də Pərvanə Eynəliyevaya məxsus “Nissan” markalı avtomobildən isə planşet, 1200 manat və 100 ABŞ dolları oğurlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər