16 Fevral 2016 16:41
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusu ölkənin Nanqahar şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 42 terrorçu öldürülüb, 5-i yaralanıb. Öldürülənlər arasında İŞİD-in yüksək rütbəli döyüşçüləri də olub.

Digər tərəfdən yerli polis qüvvələri ölkənin fərqli yerlərində "Taliban" terror təşkilatına qarşı hücumlar təşkil edib. Döyüşlərdə 12 "Taliban"çı zərərsizləşdirilib.

Samir


Müəllif: