Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 10-da rayon ərazisindəki mağazalardan birinə gələn naməlum şəxslər satıcını hədələyiblər.
Həmin şəxslər mağazadan 550 manat və tütün məmulatları götürərək, hadisə yerindən qaçıblar.
Yasamal Rayon Polis İdarəsinin 26 və 28-ci polis bölmələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Vüsal Abbaszadə tutulub. Cinayəti törədən daha 1 nəfər isə müəyyən edilib.
Hacı Zeynalov