Masallıda silahla gəzən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İbadulla Səfərov həbs edilib.
İbadulla Səfərovdan 1 ədəd pnevmatik və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar götürülüb.
Hacı Zeynalov