17 Fevral 2016 23:17
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Rəhim Həsənzadə bıçaqlanıb. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən qəsəbə sakini, 1995-ci il təvəllüdlü Şirvan Quliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər