19 Fevral 2016 12:34
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi iki nəfərin itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun isə 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmamaları barədə polisə məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, Türkanə Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb. İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər