“Evlənmək adı ilə aldadıb məni Türkana apardı”
Bakının Xəzər rayonunda itkin düşən qıza təcavüz edilib.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 18-də G. N.-nın itkin düşməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat daxil olub.
Məlumat alan polis əməkdaşları əməliyyata başlayıblar. Amma sonradan . G.N. özü 1-ci polis bölməsinə müraciət edib. O, bildirib ki, evdən gedəndən sonra təcavüzə məruz qalıb.
Onun sözlərinə görə, Türkan qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Temruz Quliyev tərəfindən təcavüzə məruz qalıb. G. N. qeyd edib ki, Temruz Quliyev evlənmək bəhanəsilə onu aldadıb və Türkan qəsəbəsinə aparıb. Orada Temruz Quliyev qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov