25 Fevral 2016 16:12
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mingəçevir küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Ağadədə Ağazadə münaqişə zəminində paytaxt sakini Əfqan Rzayevə bıçaqla xəsarət yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağadədə Ağazadə tutulub.

Hacı Zeynalov


Müəllif: