Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs iştirak etməyib. Mehman Səlimovun hüquqlarını müdafiə edən vəkil zərərçəkmiş şəxsin növbəti məhkəmə iclasında iştirak etməsini istəyib.
Daha sonra Mehman Səlimovun vəkili vəsatətlə çıxış edib. O, iş üzrə tikinti ekspertizasının keçirilməsini istəyib. Amma hakimlər vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Hacı Zeynalov