26 Fevral 2016 16:02
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda həyat yoldaşını döyərək, ona xəsarət yetirən Ələddin Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Ələddin Nuriyev 23 oktyabr 2015-ci ildə, saat 18 radələrində həyat yoldaşı Zeynəb Ağayevanı döyərək ona xəsarət yetirib.

Həmin gün Ələddin Nuriyev Şabran rayonu Ağalıq kəndində kirayə tutduğu evə məişət əşyalarını boşaldarkən, həyat yoldaşı Zeynəb Ağayeva ilə evin içində mübahisə ediblər.

Aralarında yaranmış münaqişə zamanı Ələddin Nuriyev Zeynəb Ağayevaya qarşı zor tətbiq edərək, yumruqla sifət və baş nahiyəsinə xəsarət yetirib. Xəsarət alan Zeynəb Ağayeva xəstəxanada tibbi yardım alıb.

Ələddin Nuriyev Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Teymur Qurbanov araşdırmağa başlayıb.

Hazırlıq iclasında zərərçəkmiş Zeynəb Ağayeva vəsatətlə çıxış edib. Zərərçəkmiş vəsatət verərək, Ələddin Nuriyevə daha ağır cəzanın verilməsi barədə vəsatəti təmin edilməyib.

Vəsatətinin təmin edilməməsinə etiraz edən Zeynəb Ağayeva hakimə etiraz verib. Hakim barəsində verilən etiraza baxılması üçün cinayət işi üzrə materialı Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.

Apelyasiya instansiyasında hakim Hüseyn Nəbiyev etirazın dəlillərini araşdırıb. Araşdırma aparan hakim sonda qərar elan edib. Qərara görə, Zeynəb Ağayevanın etirazı təmin edilməyib və iş materialı yenidən araşdırılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər