Bakının Nərimanov rayonunda evdən xeyli miqdarda oğurluq edən şəxs tutulub. Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar Məmmədov tutulub.
Yaşar Məmmədov bu ilin fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45000 ABŞ dolları olan seyfi oğurlayıb.
Qeyd edək ki, Yaşar Məmmədov Turan Seyidovun qaynıdır. Həmin gün bacısının evinə qonaq gələn Yaşar Məmmədov onlarda gecələyib. Gecə yarısı bacının həyat yoldaşının evində saxladığı seyfdə külli miqdarda pul olduğunu bilib. Yaşar əvvəlcə seyfin qapısını açmaq istəsə də, aça bilməyib. Buna görə də o, seyfi götürərək, evdən gedib.
Səhər yuxudan oyanan Turan Seyidov evdə seyfin olmadığını görüb. O, oğurluğun qaynı tərəfindən törədildiyini bilib və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov