1 Mart 2016 11:06
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda axtarışda olan Türkiyə vətəndaşı həbs edilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Ersoy Cem Seliçuk Azərbaycana gələn zaman Heydər Əliyev adına Bakı Hava Limanında saxlanılıb.

Onun barəsində tədbir görülməsi üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Ersoy Cem Seliçuk Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, ev 136, mənzil 38 ünvanında müvəqqəti yaşayan Türkiyə vətəndaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Dələduzluq etdiyi üçün onun barəsində bu ilin fevralın 20-də hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər