5 Mart 2016 10:51
2 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon sakini, 1984-cü il təvəllüdlü Xəyal Hacıyev həmkəndlisi, 16 yaşına çatmayan Elçin Əliyev (ad və soyad şərti göstərilib) ilə mütamadi olaraq cinsi əlaqədə olub. O, Elçin ilə cinsi əlaqədə olan zaman hərəkətlərini kameranin yaddaşına köçürüb və sonradan 16 yaşına çatmayan oğlanı şantaj etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Xəyal Hacıyev Elçin ilə 2011-ci ilin iyun ayından başlayaraq qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin ilin əvvəlində Xəyal Hacıyev Elçin Əliyevi yaşadıqları Cəlilabad rayonunun Təzəkənd kəndində olan çöllüyə aparıb.

Xəyal Hacıyev həmin ərazidə Elçin Əliyevin razılığı ilə onunla ilk dəfə cinsi əlaqədə olub.

Şantaj

Bir neçə dəfə Elçin Əliyevə qarşı eyni hərəkətlərini davam etdirən Xəyal Hacıyev bütün bunları telefonunun kamerası ilə çəkib. Daha sonra o, bu kadrlarla Elçin Əliyevi şantaj etməyə başlayıb.

Xəyal Hacıyev cinsi əlaqədə olduğu Elçin Əliyevin əmlakını ələ keçirmək məqsədi ilə haqqında rüsvayedici məlumatlar yayacağı ilə onu hədələyib.

900 manatlıq əmlakı necə ələ keçirdi?

Beləliklə, Xəyal Hacıyev 2011-ci ilin noyabr ayından 2013-cü ilin iyul ayınadək olan müddət ərzində Elçin Əliyevin atasına məxsus ərzaq mallarının satışı mağazasından ərzaq, telefon danışıq kartları alıb. Elçin Əliyev müxtəlif vaxtlarda Xəyal Hacıyevə ümumilikdə 900 manat dəyərində ərzaq, telefon danışıq kartları və nağd pul verib.

Bir müddət keçəndən sonra Elçin Əliyevin ailəsində mağazada əskiklik gəlməsi, telefon danışıq kartlarının hissə-hissə yoxa çıxaması barədə söz-söhbət yaranır. O biri tərəfdən isə Xəyal Hacıyev şantaj xarakterli hərəkətlərini davam etdirir.

Oğlan başına gələnləri valideynlərinə danışıdı

Xəyal Hacıyevin şantaj xarakterli hərəkətlərindən bezən Elçin Əliyev baş verənləri valideynlərinə danışır. Bundan sonra Elçin Əliyevin ailə üzvləri Cəlilabad Rayon Polis Şöbəsinə Xəyal Hacıyevin barəsində şikayət edirlər.

Xəyal Hacıyevə qarşı Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

3 il 6 ay cəza

Cinayət işi üzrə məhkəmə araşdırması Cəlilabad Rayon Məhkəməsində aparılıb. İşi araşdıran hakim Xəyal Hacıyevin törətdiyi cinayəti tam sübuta yetirib. Məhkəmənin hökmü ilə Xəyal Hacıyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Xəyal Hacıyevin müdafiəçisi apelyasiya şikayəti verib. Müdafiəçinin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Xəyal Hacıyevin apelyasiya şikayəti rədd edilib.

Hökmdən narazılıq

Bundan sonra müdafiə tərəfi kasasiya şikayəti verib. Kasasiya qaydasında verilmiş şikayət Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılıb və kasasiya şikayəti də təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər