Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi törədən sürücü polisə hücum edib. Teleqraf.com xəbər verir ki, hadisə Lermantov küçəsi, 1 ünvanında baş verib.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rəşad Axverdiyev idarə etdiyi “Toyota Dayharsu Sirion” markalı avtomobili Prezident Administrasiyasının giriş darvazasına vurub.
Bu zaman Rəşad Axverdiyev hadisə yerində olan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı, kiçik çavuş Tural Əhmədovu söyərək, təhqir edib. O, daha sonra avtomobilindən götürdüyü mətbəx bıçağını Tural Əhmədova ataraq hadisə yerindən qaçıb.
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəşad Axverdiyev həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov