Göygöl rayonunda baş verən dəşhətli qətl hadisənin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, hadisə fevralın 29-da, rayonun Çaykənd kəndində qeydə alınıb.
Kənd sakini, 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə K.Məmmədovu bıçaqla qətlə yetirmiş Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Allahverdiyev tutulub.
Qeyd edək ki, Elxan Allahverdiyev ötən ilin sentyabrında daha bir ağır cinayət törətməsi məlum olub. Sentyabrın 27-dən 28-nə keçən gecə saat 12:00 – 00:00 arası, Göygöl rayonu Çaykənd kənd sakini Elşad Budaqovun evində quldurluq hadisəsi baş verib.
Gecə saatlarında evə daxil olan şəxs əvvəlcə elektrik naqilini kəsib, ev sahibi Müjgan Budaqovaya lezvayla zərər yetirdikdən sonra hadisə yerindən qaçıb.
Cinayətin ev sahibinin tanışları Elxan Allahverdiyev törətməsi məlum olub. Həmin vaxt Elxan Allahverdiyev həbs edilsə də, sonradan izahatı alınaraq sərbəst buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov