6 Aprel 2016 17:09
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirli bilinən Kamil Novruzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Kamil Novruzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 1-də baş verib. Əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabilə bıçaq xəsarəti yetirib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil Novruzəliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər