7 Aprel 2016 11:48
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhddə təqsirli bilinən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə 25 iyul 2015-ci ildə Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. Samid Məmmədov evə sərxoş vəziyyətdə gələn atası Ağarəhim Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra ona şillə vurmasını qəbul etməyib.

Buna əsəbiləşən Samid Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə Ağarəhim Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. Ağarəhim Rəhimova tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olub.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Samid Məmmədovun barəsində olan Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən öldürməyə cəhd) maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub.

Məhkəmənin hökmü ilə Samid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti təyin olunmaqla 3 il şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər