16 Aprel 2016 16:28
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda saxta pulun aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Qusar rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Kərəmova saxta 50 manatlıq əskinas vermiş şəhər sakini Şahin Əfəndiyev saxlanılıb.

Onun saxta pulu həmyerlisi Samir Soltanovdan alması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Samir Soltanov da tutulub. Ondan 12 ədəd 100 manatlıq və 5 ədəd 50 manatlıq saxta əskinas (rəngli kserokopiyadan çıxma) götürülüb.

Hacı Zeynalov


Müəllif: