18 Aprel 2016 23:16
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq cinayəti törətməkdə təqsirli bilinən Ülvi Müslümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ülvi Müslümov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci ilin oktyabrın 6-da Elməddin Nərimanlının mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini Ülvi Müslümov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər