Bakının Nəsimi rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun D.Əliyeva küçəsində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyərək pul verməsini tələb edib. Həmin vaxt səs-küy yarandığından naməlum şəxslər istədiklərinə nail ola bilməyib və hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.
Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.
Hacı Zeynalov