Daxili İşlər Nazirliyi polis kapitanını xidməti otağında baş verən partlayışla bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə mayın 1-də saat 07.30 radələrində qeyd alınıb.
Zaqatala rayon polis şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.
Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış Rövşən Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
Hacı Zeynalov