Bakının Səbail rayonu ərazisində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 3 nəfər Yardımlı rayon sakini Muxtar Sətiyevi döyüb və 740 manat pulunu alıb.
Səbail rayon polis idarəsinin 39-cu bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri İsmayıl Meybullayev, Rahim Rəhimov və Asiman Məmmədov tutulublar.
Hacı Zeynalov