2 İyun 2016 10:40
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Şahin Orucov və Cəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Təbriz Dəmirov, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metallurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər.

Onlar bu çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Məmmədov “Korrupsiya və Qanun” qəzetinin baş redaktorun birinci müavini, Təbriz Dəmirov isə müstəqil jurnalist olub. Təbriz Dəmirov istintaqdan yayınaraq, ölkədən qaçıb. Onun barəsində axtarış elan edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Orucov və Cəlil Məmmədovun hər biri 5 il müddətə azadlıqdan məhrum edilib. İstintaq dövründə zamində olduqlarından onlar məhkəmə zalındaca həbs edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilib. Onların cəzaları şərti hesab edilib və hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər