8 İyul 2014 15:13
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini İsa İsmayılov barəsində ittiham dolu status paylaşıb.


Ü. Cəfərov statusunda qeyd edib ki, İ. İsmayılov "Facebook"da saxta hesab açaraq onun barəsində yalan məlumatlar yayıb:

“Dəyərli dostlar, bu gün mənim bir neçə gün bundan öncə sizlərə anonsladığım hadisə baş verdi. Müdafiə Nazirliyinin "dahi sərkərdələri" oturub fikirləşiblər ki, bu yaramaz Üzeyir Cəfərovu necə sakitləşdirək ki, o bizdən əl çəksin. Və onlar bu işi MN Mətbuat Xidmətində oturan polkovnik-leytenant İsa İsmayılov adlı bir rüşvətxor və cinayətkar zabitə həvalə ediblər. Bu işdə ona MN Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyev də köməklik göstərməyi boynuna götürüb. 2003-cü ildə mənim üzərimdə qurulan qurama və məzhəkə dolu məhkəmə işimin sənədlərini email adres vasitəsiylə ayrı-ayrı redaksiyaların və saytların ünvanına göndəriblər. Özü də, kişilikləri çatmayıb ki, öz adları ilə bu işi görsünlər və yazıları Günay İbrahimova adlı FB istifadəçisinin adı ilə yayımlayıblar. Deməli, hörmətli dostlarım, indi Sizin diqqətinizə çatdırdığım bu profilin yiyəsi qadın obrazında olan...MN Mətbuat Xidmətinin rəis müavini olan İsa İsmayılovdur”.

Daha sonra Üzeyir Cəfərov qeyd edib İ. Ismayılov rus millətindən olan qadını zorlayıb:

“Burdan həmən o İsa ismayılova və digərlərinə səslənərək deyirəm ki, mənim Sizə yazığım gəlir. Ay bədbəxtlər, siz gedin öz dərdinizi çəkin. Narkotikə qurşanmış oğlunuzu, dağılmış ailələrinizi və bədbəxt etdiyiniz insanları düşünün. Bu həmin İsa İsmayılovdur ki, rus millətindən tanışı olan qadına yuxu dərmanı verərək Quba meşəsində zorlayaraq, onu huşsuz vəziyyətdə ataraq Bakıya qaçmışdı.Bu hadisənin şahidləri olan dostları bu yaramaz hərəkəti təfsilatı ilə danışmağa başlasalar, mənə elə gələr ki, İsa İsmayılov üçün ən yaxşı hal, özünə qəsd etmək olardı. Əgər onda zərrə qədər zabit şərəfi,əsl kişilərə xas olan keyfiyyətlər varsa, bu adam dərhal ordudan öz xoşu ilə uzaqlaşmalıdır. Daha maraqlı və sok edəcək faktlar mövcuddur".

Məsələ ilə əlaqədar olaraq Üzeyir Cəfərovla əlaqə saxladıq.

O, ANS PRESS-ə açıqlamasında yazdığı statusun tam doğru olduğunu və fikirlərini məhkəmə yolu ilə də əsaslandıra biləcəyini söyləyib.

Ü. Cəfərovun bu fikirlərinin nə dərəcədə həqiqət olduğunu öyrənmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini İsa İsmayılova əlaqə saxladıq. İ.İsmayılov Üzeyir Cəfərova isə “nə yazıb qoy yazsın ” deyərək cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının da bu məsələdəki mövqeyi İ. İsmayılovla eyni olub.

/ans press/


Müəllif: